Bu günə hava proqnozu

19-10-2023, 00:07           
Bu günə hava proqnozu
Bakıda və Abşeron yarımadasında

Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gündüz yağışda fasilə olacaq.
Cənub-şərq küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-16° isti, gündüz 17-21° isti olacaq.
Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa qalxacaq.
Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 15-20° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-8° isti olacaq.

Qeyd: Hər gün yenilənmiş məlumatı meteo.az saytından əldə edə bilərsiniz.
Hidrometeoroloji Proqnozlar Bürosu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru