Zaqatalada qaydalara riayət etməyən sürücülər barəsində tədbir görülüb

22-10-2023, 16:20           
Zaqatalada qaydalara riayət etməyən sürücülər barəsində tədbir görülüb
Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə şəhər ərazisində tədbirlər keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, avtomobillərin texniki vəziyyətinə qanunsuz müdaxilə edərək əlavə avadanlıqlar quraşdıran, sürücülük hüququ və dövlət qeydiyyat nişanı üzərində olmadan avtomobil idarə edən, eləcə də digər qayda pozuntularına yol verən sürücülər polis əməkdaşları tərəfindən müəyyən olunub. Yol polisi qanunvericiliyin tələbləri barədə onlara ətraflı məlumat verib və barələrində inzibati protokol tərtib edib.
Baş verə biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdiriləcək.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru