Dövlət sərhəddinin bərpası ağ ölümlə mübarizəyə töhfə oldu - İsrafil Kərimovun yazısı
23-10-2023, 09:25
Dövlət sərhəddinin bərpası ağ ölümlə mübarizəyə töhfə oldu
Düz üç il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə
etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq
cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin
qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt
ərzində İranla Ermənistan Azərbaycanın Zəngilan, Cəbrayıl və Qubadlı
rayonlarının ərazisindən Avropaya narkotiklər daşınan narkotrafik
marşurutu kimi istifadə edirdi.
Azərbaycan öz ərazilərinin 20%-ni işğaldan azad etməklə həm də
beynəlxalq ictimaiyyət üçün ən böyük təhlükə yaradan ağ ölümlə
mübarizəyə töhfə vermiş oldu. Müəyyən olunmuş faktlar və sərhədçilərin
hüquq-mühafizə orqanları əməkdaşları ilə birgə saxladıqları heroinin
həcminin 2 dəfə artması bu məsələni sübut edib. Həm də ermənilər işğal
etdikləri Qarabağ torpaqlarımızda uzun illər narkotiklərin becərilməsi ilə
məşğul olublar. Narkotik alveri ermənilərin əsas gəlir mənbələrindən biri
idi.
30 il ərzində Qarabağ və Şərqi Zəngəzur torpaqlarımız Ermənistanın
nəzarətində olması bu ərazilərdən həm də terroristlərin hazırlanması üçün
bir baza kimi istifadə olunmasına yol açıb. Təbii ki, narkotik ticarəti və
beynəlxalq terrorizm qlobal bəladır. Erməni terror təşkilatları özlərinin
törətdikləri vəhşilkləri və qırğınları ilə dünya tarixinə düşüb. Həm də erməni
teror təşkilatları müxtəlif dairələrlə əlbir olaraq bir çox sifarişlərin
icraçısıdırlar. Nəinki, Azərbaycanda, həm də dünyanın müxtəlif yerlərində
törətdikləri teror hadisələrində erməni teroristlərin əli olduğunu sübut
olunub. Azərbaycanın öz torpaqlarında erməni işağlına son qoydurması
həm də ermənilərin ərazilərimizdə qurduqları teror yuvasını dağıtmış oldu.
2020-ci il oktyabrın 20-də Zəngilan şəhəri işğaldan azad olunandan
sonra növbəti istiqamət Qubadlı rayonu idi. Düşmənin güclü müdafiə xətləri
qurduğu Qubadlıda döyüş əməliyyatları xüsusi peşəkarlıq və fədakarlıq
tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi.
Əvvəlcə şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən Xanlıq
qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji
yüksəkliklər ələ keçirildi. Daha sonra oktyabrın 25-də Azərbaycan Silahlı
Qüvvələri Qubadlı şəhərini düşməndən təmizlədilər.
Ölkə başçısının sərəncamı ilə 2020-ci il noyabrın 26-da“Qubadlının
azad olunmasına görə” medalıtəsis edildi. Azərbaycan Respublikasının
Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş
əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə
“Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildilər.
Bu gün Qubadlıda geniş tikinti-quruculuq işləri görülür. Qubadlı yeni
inkişaf dövrünü yaşayır. Rayonunun bütün kəndləri, o cümlədən Qubadlı
şəhəri yenidən qurulur. Şəhərin baş planı təsdiq edilib və Qubadlının təbiəti
və tarixi keçmişi də memarlıqda nəzərə alınınan bu baş plan ən müasir
normalara uyğundur.
Üç il ərzində azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa
olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf
dinamikasını nəzərə almaqla hazırlanıb. Əgər Sovetlər dövründə Qubadlı
rayonunun ümumi enerji istehlakı 12 meqavat idisə, inşa olunacaq
yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə
artırıla bilər. Görülən işlər vətən həsrəti çəkən insanların öz döqma
yurdlarına qayıdışlarını daha da sürətləndirəcəkdir.
Prezident İlham Əliyevin Sərəncamı ilə oktyabrın 25-i “Qubadlı Şəhər
Günü” elan edilib və bu il ilk dəfə olaraq qubadlılar bu bayramı doğma
yurdlaında sevinclə qeyd edəcəklər.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü