Vətən müharibəsində qazanılmış mühüm nailiyyətlərdən biri də Qubadlının azad olunmasıdır

23-10-2023, 10:58           
Vətən müharibəsində qazanılmış mühüm nailiyyətlərdən biri də Qubadlının azad olunmasıdır
Ali Baş Komandanımızın sərkərdəliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində əzəli torpaqlarımızı işğaldan azad edərək bizi böyük zəfərimizə çatdırdı. Şübhəsiz ki, qələbəmizə gedən yolda ən mühüm əməliyyatlardan biri də Qubadlı şəhərinin işğaldan azad olunması əməliyyatı idi.
Qubadlı rayonunun təbiəti olduqca gözəldir. 1969-cu ildə burada dövlət yasaqlığı yaradılmışdır. İşğaldan öncə rayonda 13160 hektar meşə sahəsi vardı. Həmçinin, rayon ərazisindən iki böyük dağ çayı - Həkəri-Bərgüşad keçir. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir
Rayon 31 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Nəticədə, minlərlə rayon sakini evlərindən didərgin düşmüş, onlarla tarixi-dini abidəmiz məhv olunmuşdur. İşğaldan əvvəl rayon əhalisi 94 kənd və bir şəhərdə məskunlaşmışdı. Erməni təcavüzü nəticəsində rayon ərazisində 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpüdağıdılmış və yararsız vəziyyətə salınmışdır. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdi.
Qubadlıdakı Gavur dərəsində IV əsrə aid ibadətgah mağara yerləşir. Rayonun Muradxanlı kəndindəki V əsrə aid Qalalı qalası, Əliquluuşağı kəndindəki Göy qala abidələri, Yazı düzündəki XIV əsrə aid Cavanşir türbəsi, Dəmirçilər kəndindəki iki türbə, Gürcülü kəndindəki XVII əsrə aid türbə, Xocamsaxlı kəndindəki XVIII əsrə aid türbə rayon ərazisinin tarixi-dini abidələrlə zənginliyindən xəbər verir.
Qubadlı dağlıq relyefdə yerləşməsi səbəbilə şəhəri işğaldan azad etmək üçün ilk növbədə ordumuz xüsusi peşəkarlıq və fədakarlıq göstərərək ilk növbədə şəhərə hakim olan yüksəkliklər ələ keçirildi. Daha sonra ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Oktyabrın 25-də isə Azərbaycan Silahlı Qüvvələri Qubadlı şəhəri düşməndən təmamilə azad olunub.
Rayonun işğaldan azad edilməsi nəticəsində oradakı tarixi, memarlıq abidələrimiz də erməni əsarətindən qurtuldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qubadlıda böyük bərpa-quruculuq işləri aparılır, Qubadlı şəhəri və qəsəbələr yenidən tikilir. Həmçinin Heydər Əliyev Fondu tərəfindən digər tarixi-mədəni, dini abidələrimiz kimi Qubadlı rayonunun ərazisində olan tarixi-dini abidələrimiz də bərpa olunur.
2020-ci il 23 dekabr tarixində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı. Bu hadisəni xalqımız, hər bir Qubadlı sakini böyük fərəhlə qarşıladı.
Bu il isə qubadlılar ilk dəfə böyük sevinc və fərəhlə oktyabrın 25-ini “Qubadlı Şəhər Günü” kimi qeyd edəcəklər. Ölkə başçısının bu əlamətdr tarixlə bağlı imzaladığı sərəncamı Qubadlı sakinlərinin böyük sevincinə səbəb olub.

İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.