Bu marşrut xətləri “BakıKart”a qoşulacaq

1-11-2023, 16:21           
Bu marşrut xətləri “BakıKart”a qoşulacaq
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin keçirdiyi müsabiqənin nəticələrinə uyğun olaraq noyabrın 1-dən 592 nömrəli (Xırdalan şəhəri – Görədil kəndi) müntəzəm marşrut xətti üzrə “Xaliq Faiqoğlu” şirkəti sərnişinlərə xidmət göstərir.
… xəbər verir ki, bu gündən marşrut xətti üzrə kiçiktutumlu avtobuslar ortatutumlu nəqliyyat vasitələri ilə yenilənib. “Xaliq Faiqoğlu” şirkətindən bildirilib ki, noyabrın 13-dən 592 saylı marşrut xətti üzrə elektron (BakıKart) ödəniş sistemi tətbiq ediləcək. Artıq avtobuslarda ödəniş cihazlarının quraşdırılmasına başlanılıb.
Bununla yanaşı 567 nömrəli (Qobu qəsəbəsi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi) marşrut xətti də noyabrın 13-dən elektron ödəniş sisteminə qoşulacaq.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru