“Nar” beynəlxalq MMA yarışı “RIZIN” turnirinin rəsmi tərəfdaşıdır

3-11-2023, 16:24           
“Nar” beynəlxalq MMA yarışı “RIZIN” turnirinin rəsmi tərəfdaşıdır
“Nar”ın dəstəyi ilə Bakıda ilk dəfə beynəlxalq “RIZIN” “Landmark 7” turniri təşkil ediləcək. Böyük maraqla gözlənilən MMA üzrə turnir 4 noyabrda Milli Gimnastika Arenasında baş tutacaq. Turnirə dünyanın 13 ölkəsindən tanınmış peşəkar idmançılarla yanaşı, dünya şöhrətli yerli idmançılarımız da qatılacaq.

“Nar” turnirin əsas dəstəkçisi olmaqdan qürur duyur və bütün idmançılarımıza uğurlar arzulayır. Qeyd edək ki, tədbirin təşkilatçıları Azərbaycan Gənclər və İdman Nazirliyi və RIZIN Döyüş Federasiyası, rəsmi promoteri Bakı Şəhər Halqası Əməliyyat şirkətidir.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru