Bu günə hava proqnozu

7-11-2023, 00:03           
Bu günə hava proqnozu
Bakıda və Abşeron yarımadasında

Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
Arabir güclənən şimal-qərb küləyi, axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 13-16° isti, gündüz 18-22° isti olacaq.
Atmosfer təzyiqi 756 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək.
Nisbi rütubət gecə 80-85%, gündüz 60-70% olacaq.


Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Lakin gündüz dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Arabir duman. Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 7-12° isti, gündüz 19-24° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.
Hidrometeoroloji Proqnozlar Bürosu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru