Nizami rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib

6-11-2023, 20:17           
Nizami rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib
Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsinin qələbəsi şərəfinə təsis edilmiş Zəfər Gününün bu il üçüncü ildönümü qeyd edilir.
8 Noyabr – Zəfər Günü münasibətilə Nizami Rayon İcra Hakimiyyəti, “SOCAR Downstream Management” MMC və Heydər Əliyev adına Neft Emalı Zavodu ilə birgə 04 noyabr 2023-cü il tarixində Mikayıl Əliyev küçəsində, yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası, ətraf mühitin mühafizəsi, insanlar arasında ekoloji mədəniyyətin və təbiətə olan qayğı hissinin təbliğ edilməsi məqsədilə ağacəkmə aksiyası keçirib.
Aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, “SOCAR Downstream Management” MMC-nin Baş direktoru Emil Alxaslı, Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru Xəyal Cəfərov, Rayon İcra Hakimiyyəti başçısı aparatının, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları və qazilər iştirak ediblər.
Aksiyada, Milkayıl Əliyev küçəsində iqlimə uyğun Eldar şamları əkilib və suvarılıb, yol boyunca yaşıllıq zolağında aqrotexniki işlər görülüb.


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru