Şəmkirdə vətəndaşlar qanunsuz saxlanılan ov silahlarını polisə könüllü təhvil verib
9-11-2023, 16:09
Şəmkir Rayon Polis Şöbəsinin və onun tabeli qurumlarının əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir. Keçirilən müvafiq tədbirləri nəticəsində həftə ərzində 17 nəfər rayon sakini müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibilir ov silahlarını polisə könülllü təhvil veriblər. Bununla da şöbə əməkdaşlarının keçirdikləri əçəliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində cari ilin müvafiq dövrü ərzində ümumilikdə aşkarlanan silahların sayı 105-ə çatıb. Qeyd edək ki, aşkarlanan silahlardan 7-si yivli silahlar sinifinə aiddir.