Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulub - İsrafil Kərimovun yazısı

11-11-2023, 16:56           
Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulub
Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulub
Noyabrın 9-da Özbəkistan Respublikasının paytaxtı Daşkənd
şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu mötəbər tədbirdə
iştirak edib.
Qeyd edilməlidir ki, İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi
Azərbaycan təşkilatın işində fəal iştirak edir. Azərbaycan ECO-nun Təmiz
Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənib. Ötən il Prezident
İlham Əliyevin Özbəkistana bir dövlət səfəri və iki işgüzar səfər olmuşdur.
Zirvə toplantısında çıxış edən Prezident İlham Əliyev Azərbaycan və
Özbəkistan arasında strateji tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini
bildirib. Qeyd edib ki, Şavkat Miromonoviç Mirziyoyev yenidən Özbəkistan
Prezidenti seçildikdən sonra ilk dövlət səfərini məhz Azərbaycana edib. Bu,
da iki ölkə arasında qardaşlıq münasibətlərinin nə dərəcədə dərin olmasını
bir daha nümayiş etdirir.
Vurğulanıb ki, Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-
nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat
infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və
Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində
yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Bu gün hər iki
dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır.
Hazırda ölkəmizdə münbit sərmayə iqlimi mövcuddur. Bunu da
nəticəsində son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ
dolları həcmində sərmayə qoyulub və bunun 200 milyard dolları qeyri-neft
sektorunun payına düşür.
Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq,
bu gün bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirilir.
Azərbaycanın bərpaolunan enerji potensialı quruda 37 qiqavat külək və
günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157
qiqavat külək enerjisi təşkil edir.
Qeyd edilib ki, Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen
enerjisinin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri
olan xarici investorlarla imzaladığımız sazişlərə və anlaşma
memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal
ediləcək bərpaolunan enerji 10 qiqavata çatacaq. İşğaldan azad olunmuş
Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat
gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna
qədər bu rəqəm 270 meqavata çatacaq. Bir neçə ildən sonra erməni
işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü
500 meqavat təşkil edəcək.
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının işinə böyük əhəmiyyət
verir. Azərbaycan quruma 1992-ci ildə daxil olub. Ötən müddətdə
Azərbaycan təşkilatda fəal rolu ilə seçilib və üzv dövlətlərlə qarşılıqlı faydalı
əməkdaşlıq əlaqələri qurub. Hazırda Azərbaycanın xarici siyasətində ECO-
ya üzv ölkələrlə əlaqələr prioritet istiqamətlərdən birini tutur. Ulu Öndər
Heydər Əliyev də ECO-nun fəaliyyətinə xüsusi önəm verirdi. Belə ki,
Ümummilli Lider hələ 2002-ci ildə ECO-ya üzv ölkələrin İstanbulda
keçirilmiş dövlət və hökumət başçılarının 7-ci Zirvə görüşündə təşkilatın
daha səmərəli fəaliyyətinin təmin olunması məqsədilə Bakıda qurumun
Tədqiqat Mərkəzinin yaradılması təklifini irəli sürüb.
Bu gün ECO-yadaxıl olan ölkələr arasında əməkdaşlıq əlaqələri sabit
qaydada şaxələnir. 2006-cı ildə ECO-nun ölkəmizdə IX Zirvə görüşündə
Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev
tərəfindən yenidən irəli sürülüb və 2021-ci ilin martında təşkilatın Türkiyənin
sədrliyi ilə videokonfrans vasitəsilə keçirilmiş XIV toplantısında Mərkəzin
nizamnaməsi imzalanıb. Tədqiqat Mərkəzinin əsas fəaliyyət istiqamətləri
iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün ECO-
ya və üzv ölkələrə yardım etməkdir.
Hazırda Azərbaycan ECO-nun fəaliyyətinə töhfələrini davam etdirir.
Ölkəmiz təşkilatın bir sıra toplantılarına uğurla ev sahibliyi edib. Belə ki,
təşkilatın 9-cu və 12-ci Zirvə toplantıları müvafiq olaraq 2006-cı və 2012-ci
illərdə Bakıda reallaşıb. Bu il oktyabrın 10-da isə Şuşada İqtisadi
Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirilib. Eyni
zamanda, Şuşa şəhəri 2026-cı il üçün ECO-nun turizm paytaxtı elan edilib.
Həmçinin son vaxtlarda rəsmi Bakı ilə Tehran arasında İran ərazisi
vasitəsilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına çıxış imkanı
yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə razılıq əldə
olunub. Füzuli şəhərində Özbəkistan tərəfindən məktəb tikilib istifadəyə
verilib və Qazaxıstan tərəfindən yaradıcılıq mərkəzinin inşası davam
etdirilir.
Hazırda Azərbaycan, həmçinin Şimal-Cənub Nəqliyyat Dəhlizinin
ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır.
Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alan
Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1
milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyir. Toplantıda da qeyd
edildiyi kimi təşkilata üzv ölkələr Azərbaycanın haqq işinə daim öz
dəstəklərini göstəriblər. Türkiyə və Pakistanın Azərbaycana hərtərəfli
dəstəyi özünü bütün dövrlərdə açıq şəkildə büruzə verib. Bu iki ölkənin
Vətən müharibəsi dövründə Azərbaycana siyasi və mənəvi dəstəyi açıq və
birmənalı olub. Həmçinin 2021-ci ildə Türkmənistanda keçirilmiş Zirvə
Toplantısının sonunda qəbul edilən “Aşqabad fəaliyyət konsensusu” adlı
yekun bəyannamə özündə Azərbaycanın maraqlarına birbaşa cavab verən
müddəaları da ehtiva edir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Teref: Nurəddin Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.