İmişlidə avtomobil ehtiyat hissələri mağazasından oğurluq edən şəxs saxlanılıb

16-11-2023, 16:27           
İmişlidə avtomobil ehtiyat hissələri mağazasından oğurluq edən şəxs saxlanılıb
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 28-də rayon ərazisində yerləşən avtomobil ehtiyat hissələri satılan mağazalarının birindən oğurluq etməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ağası Rəsulov saxlanılıb.
Dindirilmə zamanı həmin şəxs qeyd edilən mağazaya qanunsuz daxil olduğunu və orada 2000 manat pul oğurladığını etiraf edib.
Faktla bağlı İmişli RPŞ-də cinayət işi açılıb, A.Rəsulov barəsində həbs qətimkan tədbiri seçilib. Onun digər analoji cinayət hadisələrində iştirakının olub-olmaması araşdırılır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru