Kürdəmirdə qanunsuz silahlar aşkar edilib və götürülüb

16-11-2023, 16:33           
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər zamanı rayonun Qarabucaq kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən dörd nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, həmin şəxslərdən müvafiq sənədləri olmayan iki ədəd "İJ" markalı ov silahı və qanunsuz olaraq ovladıqları heyvanlar aşkarlanaraq götürülüb.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi istiqamətində keçirilən digər bir tədbir zamanı isə rayonun Pirili kənd sakinindən bir ədəd müvafiq sənədləri olmayan "İJ" markalı ov tüfəngi aşkarlanıb.
Faktlarla bağlı Kürdəmir RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru