Mingəçevirdə məişət tullantılarının qalaqlanmasına görə obyekt sahibi inzibati məsuliyyətə cəlb olunub, qanunsuz odlu silah saxlayanlar aşkarlanıb

17-11-2023, 07:23           
Mingəçevirdə məişət tullantılarının qalaqlanmasına görə obyekt sahibi inzibati məsuliyyətə cəlb olunub, qanunsuz odlu silah saxlayanlar aşkarlanıb
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması və qanunsuz saxlanılan odlu silahların aşkar edilərək götürülməsi istiqamətində profilaktiki tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı şəhər ərazisində sənaye və məişət tullantılarının qalaqlanması halları aşkar olunub. İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğu üçün obyekt sahibi barəsində protokol tərtib olunub.
Şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən digər tədbirlər nəticəsində isə şəhər sakinlərindən qanunsuz olaraq saxladıqları 2 ov tüfəngi aşkar edilərək götürülüb.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.