Qubada ətraf mühiti çirkləndirən şəxs məsuliyyətə cəlb olunub

17-11-2023, 11:33           
Qubada ətraf mühiti çirkləndirən şəxs məsuliyyətə cəlb olunub
Quba rayonu ərazisində sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı rayonun Timiryazev qəsəbəsi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı aşkar olunub.
Məsələ ilə bağlı qanunamüvafiq tədbir görülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru