VAQİF SULTANLININ “İNSAN DƏNİZİ” VƏ “ÖLÜM YUXUSU” ROMANLARI İNGİLTƏRƏDƏ YAYINLANDI

22-11-2023, 08:50           
VAQİF SULTANLININ “İNSAN DƏNİZİ” VƏ “ÖLÜM YUXUSU”  ROMANLARI İNGİLTƏRƏDƏ YAYINLANDI
Bu günlərdə yazıçı Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” (The Human Sea &The Dream of Death) romanlarından ibarət kitabı Londonda nəşr edilmişdir. Tanınmış ingilis yazarı və ədəbiyyat araşdırıcısı Dr.Maykl Brannokun redaktəsi ilə yayınlanmış kitab Böyük Britaniyanın “Rossendale Books” nəşriyyatı tərəfindən “Modern dünya nəsri” seriyası ilə oxuculara təqdim olunmuşdur.
Qeyd edək ki, “İnsan dənizi” və “Ölüm yuxusu” romanları müəllifin dünya oxucularına təqdim olunan ilk kitabı deyildir. Belə ki, yazıçının hər iki romanı, həmçinin hekayələr toplusu müxtəlif dövrlərdə dünyanın bir sıra dillərinə çevrilərək, İngiltərə, Amerika, Almaniya, Danimarka, Türkiyə, Rusiya, Ukrayna, Misir, İran, Özbəkistan və başqa ölkələrdə nəşr olunmuşdur.
Vaqif Sultanlının yeni kitabına daxil edilmiş “İnsan dənizi” və “Ölüm yuxusu” romanlarını birləşdirən ümumi cəhət onların mənəvi-əxlaqi ovqata köklənərək yazılması, mövzu-problem və ideya baxımından aktuallığı, çağdaş dünyaya hakim olan ədalətsizliyə, insan taleyinə münasibətdə müşahidə edilən və getdikcə dərinləşməkdə olan özgələşmə, yaddaşsızlaşma, biganələşmə, gərəksizləşmə probleminə etiraz ruhu ilə seçilməsidir.
Teref. Xocanın Blogu













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru