Azərbaycan və Misirin münasibətlərin möhkəmlənməsində baxışları üst-üstə düşür

10-06-2024, 13:18           
Azərbaycan və Misirin münasibətlərin möhkəmlənməsində baxışları üst-üstə düşür
Azərbaycan Misir münasibətləri böyük tarixə əsaslanır. Hər iki ölkə islam dininin daşıyıcılarıdırlar və münasibətlərin möhkəmlənməsində baxışları üst-üstə düşür. Misir 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyıb və 1993-cü ildən qarşılıqlı diplomatik münasibətlər qurulub:
Beynəlxalq platformalarda mövqelərimiz üst-üstə düşür və bir-birimizin mövqeyini dəstəkləyirik. O cümlədən Azərbaycanın torpaqları işğal altında olduğu dövrdə Misir Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Ölkələrarası mədəni əlaqələr özünün inkişaf dövrünü yaşayır. Belə ki ölkələrimiz qarşılıqlı mədəniyyət günləri keçirib və xalqlarımızın bir-birinə daha da yaxınlaşması istiqamətində addımlar atılıb.
Azərbaycan-Misir arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün ölkələrarası müqavilələr imzalanıb və müxtəlif sferaları əhatə edən 60-a yaxın sənədlə hüquqi baza yaradılıb.
İyunun 7-də Prezident İlham Əliyevin Misirə səfəri çərçivəsində energetika, neft sənayesi, alüminium sənayesi, əczaçılıq və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək yeni sənədlər imzalandı. Düzdür, ölkələrimiz arası ticari-iqtisadi əməkdaşlıq artan templə inkişaf edir. Amma bugünkü ticarət dövrüyyəsinin səviyyəsi ölkələrarası iqtisadi əməkdaşlığın mövcud potensialına uyğun deyil. Dövlət başçısının Misirə səfəri çərçivəsində hökumətlərarası komissiyaya müvafiq tapşırıqlar verilib və əməkdaşlığın artırılması istiqamətində işlər görüləcək.
Azərbaycanın ərsəyə gətirdiyi Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri Misir üçün də beynəlxalq iqtisadi əməkdaşlıqda yeni imkanlar açır. Bu baxımdan Misir yaratdığımız nəqliyyat-tranzit dəhlizlərindən istifadə etmək imkanını nəzərdən keçirəcək.
Misir COP27-ə ev sahibliyi etməklə bu sahədə böyük təcrübə qazanıb. Biz COP29-un keçirilməsində Misirin təcrübəsindən istifadə etməklə daha yüksək səviyyədə təşkil edəcəyik. Dövlət başçısı Misir prezidentini COP29-a dəvət etdi. Biz COP29 keçirməklə dünyada iqlim dəyişikliklərə qarşı mübarizədə yeni bir səhifə açacağıq.
Azərbaycan Prezidenti İlham Əliyevin dost ölkələrə etdiyi rəsmi səfərlər ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır, qarşılıqlı fayda əsasında ikitərəfli əlaqələrin inkişafına və möhkəmlənməsinə xidmət edir.

Türkan Cümşüdova – YAP üzvü












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.