Avqustun 14-də hava necə olacaq

14-08-2024, 00:14           
Avqustun 14-də hava necə olacaq
Bakıda və Abşeron yarımadasında

Dəyişkən buludlu. Əsasən yağmursuz. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25 isti, gündüz 30-35° isti olacaq.
Atmosfer təzyiqi 757 mm sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti:
Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.


Azərbaycanın rayonlarında

Əksər rayonlarda əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 16-21° isti olacaq.



Hidrometeoroloji Proqnozlar Bürosu













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru