Bu meyvə xərçəngə qarşı qoruyucu kimi tanınır

13-12-2024, 11:08           
Bu meyvə xərçəngə qarşı qoruyucu kimi tanınır
Rusiya Dövlət Təhsil Universitetinin Təbiət Elmləri Fakültəsinin Ümumi Biologiya və Bioekologiya kafedrasının dosenti Roman Oparin hansı meyvənin xərçəngin qarşısının alınmasına kömək edəcəyini deyib.Foodinfo.az bildirir ki, mütəxəssisin sözlərinə görə, nar xərçənglə mübarizədə böyük fayda gətirir. Bioloq bu məhsulun xərçəng hüceyrələrinin böyüməsini ləngidə və onların yayılma riskini azalda biləcəyini vurğulayıb.Araşdırmalar göstərir ki, nar xərçəngin, xüsusən də döş və prostat xərçənginin inkişafının qarşısını almağa kömək edə bilər. O, xərçəng hüceyrələrinin böyüməsini ləngidə və yayılma riskini azalda bilər. Onun sözlərinə görə, nar sağlam və qidalı meyvədir, tərkibində C və K vitaminləri, fol turşusu, kalium və orqanizmi sərbəst radikallardan qorumağa kömək edən antioksidantlar var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru