Qazlı su, sadə suyun karbon dioksid qazı (CO2) ilə zənginləşdirilməsi yolu ilə hazırlanan bir içkidir. Foodinfo.az xəbər verir ki, qazlı su, həzmə kömək edən özəllikləri ilə tanınır.Onun mədə qazı və şişkinlik problemlərini yumşaltdığı elmi araşdırmalarla sübut olunub. Bəzi hallarda qazlı suyun istifadəsi bağırsaqları aktivləşdirərək qəbizlik problemini aradan qaldıra bilir.Ancaq araşdırmalar göstərir ki, təbii qazlı su sümüklərin sıxlığına neqativ təsir göstərmir. Əksinə, mineral tərkibli qazlı suyun kalsium və maqnezium baxımından zəngin variantları sümük möhkəmliyini dəstəkləyə bilər.