Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlının Neftçala sakinləri ilə görüşləri davam edir.

3-01-2025, 11:26           
Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlının Neftçala  sakinləri ilə görüşləri davam edir.
Növbəti görüş rayonun Qoltuq kəndində keçirilib. Kənd məsçidində baş tutan görüşdə millət vəkili sakinləri qəbul edib.
T. Rüstəmxanlı onların qayğıları, üzləşdiyi problemlərlə maraqlanıb, hər birini ayrı-ayrılıqda dinləyərək müvafiq tədbirlərin görülməsi üçün qeydlər aparılıb.
Deputat həmişə olduğu kimi, yenə də şəhid və qazi ailələrinə xüsusi diqqət yetirib, onlara həlli lazım olan məsələlərdə köməklik göstərəcəyinə söz verib.
Daha sonra görüş içtirakçıları kənd məscidinin təmir olunmasından məmnunluqlarını bildiriblər.
Tənzilə Rüstəmxanlının təşəbbüsü ilə Neftçala rayonu Qoltuq kəndinin məscidinin əsaslı təmir edilməsinə və göstərilmiş yardımlarla bağlı deputata dərin təşəkkürlərini ifadə ediblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.