Gənclər “İlhamla irəli!” deyirlər

4-04-2018, 23:22           
Gənclər “İlhamla irəli!” deyirlər
İsmayıllı gəncləri və idmançıları Prezidentliyə yeganə namizəd kimi yalnız İlham Əliyevi görür, müxtəlif formalı və məzmunlu tədbirlərlə ona dəstək nümayiş etdirirlər.
Gənclərin şəhər Mədəniyyət mərkəzində geniş miqyaslı təbliğat-təşviqat tədbiri, karate və cüdo üzrə idmançıların “İlhamla irəli!” devizi ilə toplanması belə dəstək mitinqlərindəndir. Bu deviz altında rayon gənclər təşkilatı Olimpiya İdman Kompleksi ilə birgə mini futbol yarışı keçirib. Oyun başlamazdan əvvəl Prezidentliyə namizəd İlham Əliyevə dəstək mitinqi keçirilib. Tədbiri Yeni Azərbaycan Partiyası rayon təşkilatı sədrinin müavini, YAP seçki qərargahı İsmayıllı filialı təbliğat qrupunun üzvü Taleh Salehov açıb. Qeyd edib ki, səsvermə hüququ olan İsmayıllı gəncləri və idmançıları yekdilliklə cənab İlham Əliyevə səs verəcəklər. Onlar xoşbəxt bu günlərini və daha firavan həyatlarını yalnız onun rəhbərliyində görürlər.
Olimpiya İdman Kompleksinin direktor müavini Anar Həsənov Prezident İlham Əliyevin idmanın inkişafında həyata keçirdiyi nəhəng işlərdən, Azərbaycanı idman ölkəsinə çevirməsindən danışıb. İdmançıların yekdilliklə Prezidentliyə namizəd İlham Əliyevə 11 apreldə ürəkdən səs verəcəklərini bildirib. “İlhamla irəli!” deyən futbolçular Prezidentin ünvanına alqışlar deyib, sonra yarışa başlayıblar.
Toplantıda əsas məqsəd Prezidentliyə namizəd cənab İlham Əliyevə gənclik dəstəyi nümayiş etdirmək olub.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.