"Minadakı faciə İranın "SEPAH"ı tərəfindən təşkil edilib" - İranlı diplomatdan sensasion iddia

9-10-2015, 00:04           
"Minadakı faciə İranın "SEPAH"ı tərəfindən təşkil edilib" - İranlı diplomatdan sensasion iddia
İranlı diplomat Fərzad Farankyan, əlində olan məlumatlara əsaslanaraq iddia edir ki, Minada yaşanan izdiham İİKK-nın (İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH) 6 zabiti tərəfindən təşkil edilib. Hadisə ilə əlaqədar əlində faktların olduğunu bildirən diplomat rəsmi Tehranı Həcc ibadəti zamanı həmin planı həyata keçirtməkdə, kütləvi ölümlərin, böyük ixtişaş və zorakılıq aktlarının təşkilində günahlandırıb.


“A24.az” xəbər verir ki, Fərzad Farankyan bloqunda ərəb dilində bunları yazıb:

“Hələ Həcc başlamazdan əvvəl mən yazılı şəkildə müraciət edərək krallığının rəhbərliyinə təxribat ediləcəyi barədə xəbərdarlıq etdim. Mənim etibarlı mənbələrdən aldığım məlumata görə, təxribatı Həcc ziyarəti zamanı Xomeyni rejimi hazırlayır. Hadisədən dərhal sonra Xomeyni rejimi özünün siyasi ruhlu açıqlamaları ilə qəzəblənməyə başladı. Belə ki, baş verənlərin səbəbi nədir?”.

Terrorçuluq əməliyyatı:

“www.alarabiya.net” saytının verdiyi xəbərə görə, Fərzad Farankyan əvvəllər İran Xarici İşlər Nazirliyində müşavir vəzifəsində, daha sonra Dubay, Bağdad, Mərakeş və Yəmən şəhərlərində İranın səfiri vəzifəsində çalışmışdır. Lakin onun sonuncu iş yeri İranın Belçikadakı konsulluğunda ikinci dərəcəli vəzifəli şəxs olub. Etibarlı mənbələrə dayanaraq Fərzad Farankyan deyir ki, aparılacaq istintaqlar, nəyahət, Minadakı izdihamı yaradan İran rejimini tənqid edəcək:

“Minada baş verən hadisə – terror əməliyyatıdır. İran zəvvarları arasında 5 mindən çox İİKK təşkilat üzvləri var idi və onlar böyük nümayişlər təşkil etməklə, şiddətli təzyiqlər göstərməklə daha çox ölüm planlaşdırmışdılar. Lakin buna baxmayaraq Səudiyyə Ərəbistanının kəşfiyyat qrupu baş verəcəklərə operativ şəkildə müdaxilə etməklə onların planını alt-üst etdi”.

Fərzad Farankyan İİKK təşkilatının liderləri olan 6 zabitin siyahısını açılayıb və onlar Minada süni şəkildə izdihamın yaradılmasına və zəvvarlar arasında nümayiş və zorakılıq aktının planlaşdırılmasına birbaşa nəzarət ediblər.

Adil Səid Cavad Musəvi, “Aşura” briqadasının komandiri, İİKK-nın milis qüvvələrinin üzvüdür. Abdul Bari Mustafa Baxti, Tehranın şimalında yerləşən Saadabad sarayında İmam Universitetində təlim mərkəzinin komandiridir. Mustafa Naim Abdul Bari Rizvi… Muhamməd Səid Abdullah Muhamməd Bakir… Səlim Sabah Aşur… Kazım Abdul Zahra Hardamandan
Adların siyahısını açıqlayaraq Fərzad Farankyan qeyd edib ki, bu insanlar İİKK təşkilatının ən yüksək liderlərindəndir. Bu bölmə İİKK təşkilatı tərəfindən xaricdə xüsusi planlaşdırılmış əməliyyatlar həyata keçirtmək üçündür ki, bu da İranın ali dini liderinin rəhbərliyi ilə planlaşdırılır.


Bunu da qeyd etmək lazımdır ki, hadisə baş verən zaman həmin yerdə İranın hərbi və mülki qüvvələrinin olması da çox sual doğurur. Onlar içərisində ən əhəmiyyətlisi odur ki, sabiq İran səfiri Qəzənfər Ruknabadinin indiyə qədər hələ də həmin ərazidə olmasıdır.

İran liderinin təhdidləri:

Hadisə, İran siyasətçilərinin və hərbi səlahiyyətli şəxslərinin Səudiyyə Ərəbistanı Krallığına daha çox səsləndirdiyi təhdidlərdən sonra daha da qızışdı. Bu plan isə İranın ali dini lideri tərəfindən Minadə baş verən faciəyə görə krallığı məsuliyyətə cəlb etməyindən start götürdü. Bundan sonra İranın KİV-ləri insanların milli hissiyyatını qıcıqlandıraraq nəyinki Səudiyyə Ərəbistana qarşı, bütövlükdə ərəblərə qarşı böyük bir kompaniyaya başladılar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.