Çin də müharibəyə hazırlıq görür! – Si Tsizinpin bəyan etdi

29-10-2018, 07:26           
Çin də müharibəyə hazırlıq görür! – Si Tsizinpin bəyan etdi
Çin Xalq Respublikasının (ÇXR) sədri Si Tsizinpin hərbçiləri müharibəyə hazırlıq işlərini gücləndirməyə çağırıb. Çin rəhbərinin geniş kütlə qarşısındakı çıxışından «South Morning Post» nəşrinin ingilis dilli versiyası sitatlar gətirir.

Çıxışının gedişində sədr Si bəyan edib ki, Cənubi-Çin dənizindəki və Tayvandakı məsuliyyət zonasında Çin öz hərbi imkanlarını yüksəltməli və bacarıqları təkmillərşdirməlidir, eyni zamanda, müxtəlif fövqəladə vəziyyətlərdə mümkün reaksiyaları sınaqdan keçirməlidir. Bu bölgənin komandanlığı yüksək səviyyədə məsuliyyət daşıyır və yaxın illərdə situasiya dəyişməyəcək.

«Bütün diqqəti müharibəyə cəmləşdirmək qaçılmazdır. Biz, bütün mümkün situasiyaları nəzərə almalı və uyğun olaraq, fövqəladə fəziyyətlərdə fəaliyyət planı hazırlamalıyıq. Biz, döyüş qabiliyyətimizi yüksəltməli, birgə və cəbhələşmə təlimləri keçirməliyik ki, hərbçilərin imkanlarını qaldıraq və müharibəyə hazır olaq» – deyə, Çin lideri bəyan edib.

Onun ardınca, Çinin müdafiə naziri çıxışında bəyan edib ki, Pekin heç vaxt Tayvandan imtina etməyəcək, Çinin Tayvan üzərində suverenliyinə yönəlik çağırışlar isə fövqəladə təhlükəlidir və hərbi fəaliyyətə gətirib çıxaracaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.