Rusiya səfirliyində şübhəli paket aşkarlandı

29-10-2018, 07:59           
Rusiya səfirliyində şübhəli paket aşkarlandı
Rusiyanın Vaşinqtondakı səfirliyində şübhəli paket aşkar edilib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Vaşinqton polisinin mətbuat xidmətinin əməkdaşı Kərim Bilyal bildirib.

Onun sözlərinə görə, yoxlamadan sonra təhlükənin olmadığı müəyyən edilib.

“Polis şübhəli paketə görə Rusiya səfirliyinə çağırılmışdı. Şübhəli paket yoxlanıldı, təhlükəli materiallar aşkar edilməyib”, - o deyib.

Diplomatik missiyadan isə informasiyanı şərh etməyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru