Qərb Qəddafinin pullarını «bala-bala udur» – 10 milyard avro “yoxa çıxıb”

31-10-2018, 07:25           
Qərb Qəddafinin pullarını «bala-bala udur» – 10 milyard avro “yoxa çıxıb”
Belçika prokurorluğu Liviyanın öldürülmüş lideri Müəmmər Qəddafinin dondurulmuş hesablarından milyardlarla avro vəsaitin «yoxa çıxması» faktı üzrə araşdırmalara başlayıb.

Xəbəri «RTBF» telekanalı yayıb.

Telekanalın məlumatına görə, BMT-nin 2011-ci il tarixli sanksiyalarına uyğun olaraq dondurulmuş hesablardan 5 milyard avroya qədər faizlər və dividendlər ödənilə bilərdi. Bir versiyaya görə, bu pullar Liviyanın irnan hüquqlarının pozulmasında günahlandırılan hərbiləşdirilmiş qruplaşmalarının maliyyələşməsinə yönəldilə bilərdi («Röyter»).

RTBF dəqiqləşdirir ki, Belçika BMT-nin tələbinə əsasən, Qəddafi rejiminin xarici banklardakı depozitlərini dondurub, amma BMT qadağası depozitlər üzrə faiz və dividendlərin ödənilməsinə aid edilmir.

Bundan əvvəl KİV-lər xəbər vermişdilər ki, Belçikanın «Euroclear Bank» bankındakı hesabdan 2013-2014-cü illərdə 10 milyard avrodan artıq dondurulmuş aktiv «yoxa çıxıb». Bu pullar Qəddafinin tərəfdarlarına məxsus idi. Belçikanın maliyyə naziri Yohan Van Overtveldt isə bu informasiyanı «həqiqətə uyğun olmayan» adlandırmışdı.

BMT isə susur və özünü el aparır ki, pulların «yoxa çıxması»ndan xəbərsizdir. Beləliklə, aydın olur ki, BMT-nin dəstəyi ilə «Qərb demokrat»ları Liviyanın pullarını «bala-bala» yeməyə girişiblər…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.