Paşinyan baş nazir postuna yeganə namizəddir

31-10-2018, 07:40           
Paşinyan baş nazir postuna yeganə namizəddir
Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan Nazirlər Kabinetinin rəhbəri vəzifəsinə yeganə namizəd olub. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistan parlamentinin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin rəhbəri Knyaz Saroyan deyib.

“Namizədlərin irəli sürülməsi müddəti başa çatıb. Baş nazir postuna Paşinyandan başqa iddialı yoxdur”, – deyə K.Saroyan vurğulayıb.

Xatırladaq ki, oktyabrn 24-də parlament Paşinyanın hökumət rəhbərliyinə namizədliyini rədd etdi və bununla da qanunverici orqanın buraxması proseduruna başladı.

Onu da qeyd edək ki, növbəti səsvermə noyabrın 1-nə planlaşdırılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.