NATO aviasiyasına Rusiya təyyarələrini vurmaq icazəsi verildi

11-10-2015, 19:12           
NATO aviasiyasına Rusiya təyyarələrini vurmaq icazəsi verildi
NATO ölkələri pilotlarına, həmçinin Britaniya hərbi təyyarəçilərinə İraqın hava məkanında "həyatları üçün təhlükə yaranarsa", Rusiya hərbi təyyarələrinə hücum etmək hüququ verilib

Lenta.ru xəbər verir ki, bu iddia ilə Londonun "Daily Star Sunday" qəzeti Birləşmiş Krallığın müdafiə idarəsindəki mənbələrinə istinadən çıxış edib. "Britaniya Hərbi Hava Qüvvələri pilotlarına bununla yanaşı nəyin bahasına olursa olsun Rusiya təyyarələri ilə təmasdan qaçmaq tapşırığı verilib", - deyə nəşr qeyd edib.

Məqalədə yazıldığına görə, bu addım Britaniya nazirlərinin "Yaxın Şərqdə vəziyyətin Rusiyanın hərəkətləri səbəbindən daha da təhlükəli" olması ilə bağlı xəbərdarlığından sonra atılıb.

Virtualaz.org xatırladır ki, Rusiya son vaxtlar İraqdakı terrorçuların mövqelərinə zərbələr endirmir və əsasən Suriyadakı əməliyyatlarla kifayətlənir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.