Bu torpaqlar İsraildən alınacaq – Təl-Əviv HƏRƏKƏTƏ KEÇDİ

5-11-2018, 08:47           
Bu torpaqlar İsraildən alınacaq – Təl-Əviv HƏRƏKƏTƏ KEÇDİ
İordaniya 1994-cü ildə bağlanmış sülh müqaviləsinin müzakirə edilməsi barədə İsraildən rəsmi sorğu alıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Krallığın media işləri üzrə dövlət naziri Cumana Qoniamat bildirib.

Qeyd edək ki, 1994-cü ildə İordaniya və İsrail arasında imzalanan sülh müqaviləsi Bakura və Qamr ərazilərinin İsrailə icarəyə verilməsini nəzərdə tuturdu. Ötən ay İordaniya Xarici İşlər Nazirliyindən verilən yazılı bəyanata görə, İordaniya müqaviləyə xitam verib. İordaniya kralı II Abdullah müqavilənin uzadılmaması qərarına gəlib.

İordaniya 1994-cü ildə imzalanan Oslo müqaviləsinin 1b və 1c əlavələrilə Bakura və Qamr ərazilərini 25 il müddətinə İsrailə icarəyə vermişdi. Müqavilənin şərtlərinə görə, tərəflərdən hər hansı biri sazişin bitməsinə ən gec bir il qalana qədər çıxmaq istəyərsə, icarə razılaşması avtomatik olaraq yenilənməlidir. İcarə müddəti 25 oktyabr 2019-cu ildə bitəcək.

Qeyd edək ki, İordaniya İsraillə sülh müqaviləsini bağlamış Misirdən sonra ikinci ərəb ölkəsidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru