İsrail Rusiyanı hədələdi: "Vuracağıq"

6-11-2018, 08:33           
İsrail Rusiyanı hədələdi: "Vuracağıq"
İsrail təyyarələri Rusiyanın Suriyaya göndərdiyi S-300 ZRK-ları ilə vurulacağı təqdirdə bu qurğulara zərbə endirəcəyini bildirib.

Publika.az xəbər verir ki, bunu bazar ertəsi rusiyalı jurnalistlərə İsrailin Qüds işləri, ətraf mühitin mühafizəsi məsələləri və mədəni irs üzrə naziri Zeev Elkin deyib.

"Rusiya suriyalılara bu tip silahlar göndərməklə, ondan istifadəyə görə qismən məsuliyyət daşıyır. Bir qayda olaraq, İsrail öz ərazilərinə və təyyarələrinə edilə biləcək hücuma ilk növbədə beynəlxalq diplomatik tədbirlərlə deyil, əməli olaraq qarşılıq verəcək", - deyə o bildirib. (report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru