Hökumət yeni ailə quranlara hədiyyə verəcək - FOTO

6-11-2018, 08:35           
Hökumət yeni ailə quranlara hədiyyə verəcək - FOTO
Gürcüstan hökuməti yeni ailə quran gənclərə nikah müqaviləsi imzalanan zaman hədiyyə verəcək.

Teref.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi qərar qəbul edib. Qərara əsasən Dövlət Xidmətlərinin İnkişafı Agentliyi yeni ailə quranlara Şota Rustavelinin nəfis tərtibatla hazırlanmış “Pələng dərisi geymiş pəhləvan” əsərini hədiyyə edəcək. Bu əsər sevgi, səadət, sadiqlik və bərabərlik rəmzidir. Hədiyyə olaraq bu əsərin seçilməsi, həmçinin gürcü xalqının qədim adət-ənənələrinin bərpası deməkdir. Ənənənin bərpa edilməsi yeni qurulan ailə üçün cehiz dəyərində xəzinə və lazımlı bir atribut olacaq.

Nikah müqaviləsi bağlayan gənclərə hədiyyə olunacaq “Pələng dərisi geymiş pəhləvan” əsəri məşhur Gürcüstan rəssamı Serqo Kobuladzenin təsvirləri ilə bəzədilib. (Azərtac)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru