Məkdəbdə qalmaqal: Müəllim şagirdlərinə cinsi məzmunlu film nümayiş etdirdi

6-11-2018, 21:10           
Məkdəbdə qalmaqal: Müəllim şagirdlərinə cinsi məzmunlu film nümayiş etdirdi
Çində hazırladığı məruzəni şagirdlərinə göstərmək istəyən müəllimin səhvən cinsi məzmunlu film göstərməsi ölkədə qalmaqala səbəb olub.

Teref.az xəbər verir ki, şagirdlərin gözü önündə baş verən bu qalmaqal sosial mediada yayıldıqdan sonra ölkə əhalisi tərəfindən böyük reaksiyaya səbəb olub.

Sinifdəki bütün şagirdlər yerlərinə əyləşdiyi zaman ekrana maarifləndirici məzmunlu görüntülərin əvəzinə erotik film görüntüləri əks olunub.

Şagirdlərin şok yaşadığını görən müəllim lövhəyə doğru qaçaraq ekrandakı görüntünü saxlamağa çalışıb və uzun səy göstərdikdən sonra səhvən açılan görüntüləri bağlayıb.

Hadisədən sonra ölkə əhalisi müəllimə necə bir cəza veriləcəyini maraqla gözlədiklərini bildirib./moderator.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru