Çinli alimlər insanı gəzən elektrik stansiyasına çevirməyi bacarıblar

22-11-2018, 21:41           
Çinli alimlər insanı gəzən elektrik stansiyasına çevirməyi bacarıblar
Çinin Çjençjou universitetinin alimləri insanı gəzən elektrik stansiyasına çevirməyi bacarıblar.

NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, universitetin mütəxəssisləri insan bədəninin hərəkətini enerjiyə çevirə bilən nanogenerator hazırlamağa müvəffəq olublar. Onun köməyi ilə saatları və müxtəlif elektron qurğuları enerji ilə təmin etmək mümkündür. Yeni nanogeneratoru paltarda gəzdirmək və hətta yumaq belə olur.

Alimlərin fikrincə, hərəkəti enerjiyə çevirə bilən yeni texnologiya insanın ənənəvi elektrik enerjisindən asılılığını azalda biləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru