ABŞ-n kəşfiyyat təyyarələri Rusiya bazaları üzərində dövrə vurublar - Suriyada
23-11-2018, 07:32

Amerika Birəşmiş Ştatlarının (ABŞ) iki kəşfiyyat təyyarəsi çərşənbə günü bir-birinin ardınca, Rusiya hərbi-dəniz qüvvələrinə (HDQ) məxsus gəmilərin yerləşdiyi rayonun yaxınlığında -Aralıq dənizinin şərqində və Rusiyanın Suriyada yerləşən «Xmeymim» və material-texniki təminat üzrə «Tartus» bazaları üzərində kəşfiyyat uçuşları keçirib.
Bu barədə Qərbin aviasya resurslarının monitorinq məlumatlarında söhbət açılır. Resursların məlumatına görə, ABŞ hərbi-hava qüvvələrinə (HHQ) məxsus kəşfiyyat təyyarəsi Yunanıstanın Krit adasında yerləşən “Suda-bey” aviabazasından havaya qəlxaraq, bir neçə saat ərzində Suriya sahilləri və Rusiya bazaları üzərində dövrə vurub.
Radioelektron kəşfiyyat aparmaq (yüz kilometrlərlə dərinlikdə) qabiliyyətində olan ABŞ təyyarəsi vaxtaşırı, Rusiya bazalarının yerləşdiyi Suriya sahillərinə 60 kilometr məsafəyə qədər yaxınlaşıb.
Çərşənbə günü, onun ardınca ABŞ HDQ-ə məxsus qayıq əleyhinə patrul təyyarəsi İtaliyanın Siciliya adasındakı Siqonella aviabazasından havaya qalxaraq, uzun müddət Aralıq dənizinin şərqində – Suriya sahillərində kəşfiyyat aparıb. Həmin ərazidə bu həftə «Kalibr» raketləri ilə silahlamış «Admiral Makarov» və «Admiral Essen» freqatları (Qara dəniz donanmasına məxsus gəmilər) təlim keçiriblər.
Monitorinq məlumatlarına görə, son günlər ABŞ-n hərbi aviasiyası Suriya yaxınlığındakı dəniz rayonunda və Suriya ərazisində diqqətli müşahidələr aparır.AzPolitika.info/