Avropanın viza verdiyi 10 min uşaq orqan mafiyasının əlinə keçib – ŞOK İDDİA

23-11-2018, 07:47           
Avropanın viza verdiyi 10 min uşaq orqan mafiyasının əlinə keçib – ŞOK İDDİA
Avropada minlərlə uşağın “seks köləsi” edildiyi və orqan mafiyasına təslim edildiyi ilk dəfə rəsmi bir şəxs tərəfindən etiraf edilib. AzEuroNews.com xəbər verir ki, bu dəhşətli mənzərəni Yunanıstanın keçmiş xarici işlər naziri Nikos Kocias etiraf edib. Kocias viza verilərək Avropaya gətirilən uşaqların çoxunun orqan mafiyasının pəncəsinə düşdüyünü bildirib.

Avropa polis təşkilatı olan “Avropol”un hesabatına görə, hazırda 4 mini Almaniyada olmaqla ən azı 10 min uşaq itkin düşüb.

Hesabatda bu uşaqların “seks köləsi” edildiyi və orqanlarının oğurlandığı vurğulanıb. 2014-cü ildən bilinən bu gerçəklə bağlı Avropa dövlətləri hələ də səssizliyini qoruyur.

Nikos Kocias
Yunanıstanın keçmiş xarici işlər naziri Nikos Kocias deyib ki, bəzi yunan diplomatlar qanunsuz viza verdiklərinə görə həbs ediliblər. Onları vizaları kimsəsiz uşaqlara verirmişlər. Kocias təkcə Yunanıstanda 93 belə faktı aşkarladığını bildirib.

Türkiyənin “Güneş” qəzetinin verdiyi xəbər görə, Yunanıstana qanunsuz yolla gələn və yolda valideynlərini itirən uşaqların bir çoxunun sonrakı taleyindən xəbər yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru