İran İslam İnqilabı Korpusuna məxsus qüvvələr Səudiyyə Ərəbistanına aid balıqçı gəmisini saxlayıb və göyərtədə olanları həbs edib. Muxalifet.az xəbər verir ki, bu barədə Mizan agentliyi məlumat yayıb. Bildirilib ki, həbs edilən dənizçilərlə bağlı istintaq davam etdirilir. Onların sayı və şəxsiyyətləri açıqlanmır.