Honduras prezidentinin qardaşı ABŞ-da həbs edilib

24-11-2018, 07:16           
Honduras prezidentinin qardaşı ABŞ-da həbs edilib
Honduras prezidenti Xuan Orlando Ernandesin qardaşı Xuan Antonio Ernandes ABŞ-da həbs edilib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" Honduras Hökumətinə istinadən məlumat yayıb.

Bildirilir ki, dövlət başçısının qardaşı noyabrın 23-də Mayamidə həbs edilib. Xuan Antonio Ernandesin 40 yaşı var. O, ixtisasca hüquqşünasdır. Dövlət başçısının qardaşı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinir.

Honduras prezidenti qardaşının həbsini şərh edib. O, bildirib ki, doğmaları Xuan Antonio Ernandesə dəstək üçün mümkün olan hər şeyi edəcəklər.

Qeyd edək ki, Honduras prezidentinin bacısı İlda Ernandes ötən ilin dekabrında vertolyot qəzasında həlak olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru