“Bu saziş...” – Mey bütün britaniyalıları ƏMİN ETDİ

25-11-2018, 07:05           
“Bu saziş...” – Mey bütün britaniyalıları ƏMİN ETDİ
Breksit üzrə saziş bütün britaniyalıların – həm Avropa İttifaqından çıxmağa, həm də onun tərkibində qalmağa səs verənlərin maraqlarına cavab verir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Böyük Britaniyanın baş naziri Tereza Mey bildirib.

Baş nazir xatırladıb ki, 2019-cu il martın 29-da Birləşmiş Krallıq Avropa İttifaqını tərk edəcək.

“Biz ölkəmizin həyatında yeni fəsiləyə başlayacağıq”, - o əlavə edib.

Qeyd edək ki, Avropa İttifaqı ölkələrinin dövlət və hökumət başçılarının Böyük Britaniyanın qurumdan çıxmasına həsr olunmuş təcili sammit noyabrın 25-də keçiriləcək. Dövlətlər Breksit haqqında sazişi bəyənəcək. Sonda növbəti addımların birgə müzakirəsi üçün Tereza Meylə görüş olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru