ABŞ məhv olmaq təhlükəsi ilə üz-üzə

25-11-2018, 22:32           
ABŞ məhv olmaq təhlükəsi ilə üz-üzə
ABŞ-da 4-cü Milli İqlim Dəyərləndirilməsi Hesabatı yayımlanıb.

Hesabata görə, iqlim dəyişikliyinin nəzarət altına alınmaması qitədə insan sağlamlığı, həyat keyfiyyəti və iqtisadi inkişaf sahələrinə ciddi şəkildə təsir edəcək.

Əgər iqlim dəyişikliyinə antropogen müdaxilə olmasa, meşə yanğınları daha geniş vüsət alacaq. Hazırda Cənubi Karolinada dolub-daşan təbii su anbarları, Böyük Ovalar bölgəsində məhsul qıtlığı, Floridada həşəratların yaydığı epidemiya Amerikanı yerlə yeksan edəcək.

Bütün bu risklərə baxmayaraq, hesabat Ağ Evin tənqidi reaksiyasına məruz qalıb. Ağ Evin mətbuat katibi Lindzey Uolters ABŞ-ın bir çox qurum və dairələrinin üzərində işlədiyi hesabatın xətalarla dolu olduğunu bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp vəzifəsinin icrasına başlayarkən ölkəsinin “Paris İqlim Müqaviləsi”ndən çıxacağını demişdi.

“Paris İqlim Müqaviləsi” kimi bilinən Birləşmiş Millətlər Təşkilatı İqlim Dəyişikliyi Razılaşması ortalama qlobal istilik artmasının 21-ci əsrin sonuna qədər sənaye dövründən öncəki dövrlə müqayisədə 2 dərəcə çox yuxarıda tutmağı ehtiva edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.