BU BİNADA 100 FAHİŞƏ YAŞAYIR – 10 MƏRTƏBƏSİ ƏXLAQSIZ QADINLARDIR – FOTO

27-11-2018, 08:53           
BU BİNADA 100 FAHİŞƏ YAŞAYIR – 10 MƏRTƏBƏSİ ƏXLAQSIZ QADINLARDIR – FOTO
Böyük Britaniyanın baş naziri Tereza Mey ötəngünkü çıxışında Britaniya Mühafizəkarlar (Tori) Partiyasına bağışlanılan 300 min fund sterlinqi geri verməyə çağırıb.

Bu həmin pulların fahişəlik biznesindən əldə edilməsi ilə bağlıdır.

Belə ki, Londonun ən lüks yerlərindən biri sayılan “Chelsea Cloisters” binasında 100-dən çox fahişə yaşayır. Binanın 10 mərtəbəsinin sakinləri əxlaqsız qadınlardır. Binanın sahibi isə 70 yaşlı multi-milyoner Xristofer Morandır. Həmin binada onun ofisi var.

O, bir sıra tədbirlərdə kral ailəsinin üzvləri ilə birgə iştirak edib və 404 milyon fund-sterlinqlik sərvəti var.

The Sunday Times-ın jurnalistləri gizli şəkildə 40 fahişə “sifariş” ediblər ki, onlara 23 mənzil təşkil olunub. Bu mənzillərdən 15-i isə həmin milyonerin “Realreed” şirkəti tərəfindən kirayə verilib.

İnternetdə araşdırma nəticəsində də məlum olur ki, eskort saytlarının biri bir gecədə, eyni ünvanda 100-dən çox fahişə təqdim edir və ünvan olaraq da “Chelsea Cloisters” göstərilir.
a24.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.