Saakaşvili-İvanişvili dueli: II raund bu gün keçirilir

28-11-2018, 08:53           
Saakaşvili-İvanişvili dueli: II raund bu gün keçirilir
Gürcüstanda prezident seçkilərinin ikinci turu bu gün keçirilir.

Axar.az xəbər verir ki, mübarizə birləşmiş müxalifətin namizədi Qriqol Vaşadze ilə hakim Gürcü Arsuzunun dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili arasında gedəcək.

Qeyd edək ki, oktyabrın 28-də Gürcüstanda keçirilmiş prezident seçkilərində Salome Zurabişvili 38,64 faiz, Qriqol Vaşadze isə 37,74 faiz səs toplayıb. Namizədlərin heç biri 50+1 səs toplamadığı üçün seçkilərin ikinci turu təyin olunub.

Gürcü Arzusu Saakaşvilinin partiyasının da ciddi şəkildə dəstəklədiyi Vaşadzenin qələbəsini “Saakaşvilinin qayıdışı” kimi təqdim edərək, çoxsaylı aksiyalarla buna qarşı kampaniya aparsa, hətta 600 min borclunun kreditini silməyi üzərinə götürsə də, müxalifətin namizədinin qələbə şansı daha çoxdur. Belə ki, seçkidə digər namizədlər, xüsusilə birinci turda 11 faiz səslə 3-cü olan Bakradze də Vaşadzeni dəstəkləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru