İranın ali dini lideri Xamanei paytaxt Tehran şəhərindəki qərargahında İran Dəniz Qüvvələri komandirləri ilə görüşüb.
Milli Donanma günü münasibətilə komandirlərə müraciət edən Xamanei ordunun müdafiə gücünün artırılması göstərişini verərək deyib: “İran heç kimlə döyüşmək niyyətində deyil, lakin müdafiə gücünüzü və hazırlıqlarınızı elə artırın ki, düşmən bu böyük ölkəni təhdid eləməyə belə cəsarət eləməsin”.