ABŞ Çin ilə ticarət sazişi imzalamağa hazırdır

30-11-2018, 06:02           
ABŞ Çin ilə ticarət sazişi imzalamağa hazırdır
ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika və Çin ticarət sövdələşməsi imzalamağa yaxındır, lakin o, hazırkı vəziyyətin ABŞ tərəfini qane etmədiyini düşünür.

“Report” TASS-a istinadən xəbər verir ki, Tramp bunu cümə axşamı Argentinada keçiriləcək G20 sammitində iştirak üçün yola çıxmazdan əvvəl Ağ evin Cənub çəmənliyində jurnalistlərin suallarına cavabında deyib.

"Düşünürəm ki, biz Çin ilə birlikdə nəsə etməyə çox yaxınıq, lakin mən bunu etmək istədiyimə əmin deyiləm. Hazırda tarif və vergilərdən milyardlarla dollar gəlir gəlir, odur ki, mən bilmirəm", - deyə Tramp söyləyib.

"Fikrimcə, Çin saziş bağlamaq istəyir, mən sövdələşmənin əldə olunmasına açığam, lakin düzünü desəm, hazırda əlimizdə olan sazişdən razıyam", - deyə ABŞ prezidenti əlavə edib.

Bundan əvvəl Çinin ABŞ-la ticarət müharibəsində itkilər verdiyi məlum olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru