Merkel İspaniyadan Argentinaya adi sərnişin kimi uçdu

30-11-2018, 21:03           
Merkel İspaniyadan Argentinaya adi sərnişin kimi uçdu
Xəbər verildiyi kimi, Almaniya kansleri Angela Merkelin mindiyi dövlət təyyarəsi Berlindən Buenos-Ayres şəhərinə uçarkən texniki nasaqlıq ucbatından Köln şəhərində təcili eniş edib. Oradan isə kansler dövlətin başqa bir təyyarəsi ilə İspaniyanın Madrid şəhərinə aparılıb.

Mediada yayımlanan xəbərə görə, Merkel Madriddən yerli avia şirkətinə məxsus olan sərnişin təyyarəsi ilə adi sərnişin kimi Argentinaya uçub.

Ukrayna mediası xəbər verir ki, bu haqda informasiya Almaniya Nazirlər Kabineti tərəfindən yayılıb.

Mənbə bildirir ki, Merkel gün ərzində dövlət başçılarının nəzərdə tutulan görüşlərinə çatmayacaq.

Onun Buenos-Ayres şəhərinə bu axşam enəcəyi deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru