Şimali koreyalı əsgər cənuba keçdi - İlk hadisə

1-12-2018, 10:16           
Şimali koreyalı əsgər cənuba keçdi - İlk hadisə
Əsgərin sərhədi necə və hansı niyyətlə keçməsi aydınlaşdırılacaq.

Koreya Xalq demokratik Respublikası (KXDR) ordusunun əsgəri iki ölkə arasındakı quru sərhədindən Cənubi Koreyaya keçib.

Yonhap agentliyi Cənubi Koreyanın silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla bu barədə xəbər yayıb. Bildirilir ki, Cənubi Koreya sərhədçiləri yerli vaxtla səhər 7:56-da KXDR əsgərinin sərhədi keçdiyini müəyyən ediblər. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Əsgərin sərhədi necə və hansı niyyətlə keçməsi aydınlaşdırılacaq.

Qeyd edək ki, bu, iki ölkə arasındakı demilitarizasiya zonasında hərəyə 10 mühafizə postunu ləğv etmələrindən sonra ilk belə hadisədir. (AZƏRTAC)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru