G20 ölkələrinin liderləri birgə bəyanatı razılaşdırıb:"Ticarəti, ÜTT-ni canlandırmaq zəruriliyini əks etdirən saziş əldə etmişik.."

2-12-2018, 10:06           
G20 ölkələrinin liderləri birgə bəyanatı razılaşdırıb:"Ticarəti, ÜTT-ni canlandırmaq zəruriliyini əks etdirən saziş əldə etmişik.."
“Böyük iyirmilər” ölkələrinin liderləri Buenos-Ayresdə keçirilən sammitdə birgə bəyannaməni razılaşdırıblar.

TASS xəbər verir ki, bu barədə şənbə günü Argentina prezidenti Maurisio Makri “İyirmiliyin” görüşünün bağlanışı mərasimində deyib.

“Biz bəyanatda ticarəti, ÜTT-ni canlandırmaq zəruriliyini əks etdirən saziş əldə etmişik”, – deyə o, bildirib.

“Biz iqlimin bütün dəyişmələri ilə bağlı narahatlığı təsdiqləmişik”, – deyə Makri əlavə edib.

Argentina lideri onu da qeyd edib ki, ölkələr onların qarşısında “çox ciddi çağırışlar”ın” olduğunu etiraf edirlər.

Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru