Avropada yəhudi düşmənlərinin sayı artır

3-12-2018, 06:46           
Avropada yəhudi düşmənlərinin sayı artır
Sorğu Fransa, Almaniya, Böyük Britaniya, Macarıstan, Polşa və İsveçdə keçirilib

Avropa ölkələrində təşkil edilən sorğu nəticəsində bəlli olub ki, avropalıların yarısından çoxu yəhuudilərin maliyyə və biznes sahəsində böyük təsirə malik olduğuna inanır. Sputnik Azərbaycan-ın ingilis mediasına istinadən xəbərinə görə, CNN.com tərəfindən təşkil edilən sorğuya 7 mindən artıq avropalı qatılıb.

Respondentlərin 1/4-i bu gün dünyada gedən müharibələrdə yəhudi izinin olduğuna inandıqlarını söyləyib. Rəyi soruşulanların 1/5-i isə onların media və siyasətdə böyük rola malik olduğuna inandıqlarını deyib. Sorğuda iştirak edən avropalıların 1/3-i isə faşistlər tərəfindən yəhudilərə qarşı edilən soyqırımdan xəbərsiz olduqlarını bildiriblər.

Qeyd edək ki, bu sorğu Fransa, Almaniya, Böyük Britaniya, Macarıstan, Polşa və İsveçdə keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru