Maaşlarını ala bilməyən pilotlar “xəstələndi”

3-12-2018, 09:47           
Maaşlarını ala bilməyən pilotlar “xəstələndi”
Hindistanın "Jet Airways" aviaşirkəti 14 reysi təxirə salıb.

Buna səbəb qəflətən pilotların kütləvi şəkildə özlərini pis hiss etməsi olub. Məlumata görə, pilotlar son bir neçə ayı əmək haqqını ala bilməyəndən sonra belə "qəfil xəstələniblər".

Bildirilir ki, əslində pilotlar şirkət rəhbərliyinin əmək haqlarını ödəməməsinə etiraz olaraq belə addım atırlar.

Məlumata görə, aviaşirkət reyslərin təxirə salınmasına görə sərnişinlərdən üzr istəyib və pilotların tələb etdiyi əmək haqlarını ödəmək barədə qərar qəbul edib.(trend.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru