Şəhid Rəcayi limanında 1 milyon 328 min TEU konteyner yüklənib-boşaldılıb

4-12-2018, 06:11           
Şəhid Rəcayi limanında 1 milyon 328 min TEU konteyner yüklənib-boşaldılıb
Cari ilin (21 mart 2018-dən başlayaraq) 8 ayı ərzində İranın Şəhid Rəcayi limanında 1 milyon 328 min 702 TEU konteyner yüklənib və boşaldılıb.

Trend-in məlumatına görə, bu sözləri İranın Hörmüzqan vilayəti Limanlar və Dənizçilik İdarəsinin baş direktoru Allahmurad Əfifipur deyib.

Onun sözlərinə görə, 242 min 939 TEU konteyner tranzit yüklərinə aid olub.

A.Əfifipur əlavə edib: "165 min 341 TEU konteynerdən çox yük İranın əsas konteyner limanı vasitəsi ilə regionun başqa limanlarına tranzit edilib".

A.Əfifipur qeyd edib ki, ötən 8 ay ərzində 249 min 149 TEU konteyner ixraca, 279 min 652 TEU konteyner idxala aid olub: "Şəhid Rəcayi limanı modern konteyner terminalları və dünyanın müasir avadanlıqlarından faydalanır. Buna görə də İranın ən modern konteyner limanı hesab olunur. Ölkənin limanları səviyyəsində 80%-dən çox konteynerin yüklənməsi və boşaldılmasına dəstək verir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru