Quterreş və Səudiyyə Ərəbistanı şahzadəsi jurnalist Xaşkacinin ölümünü müzakirə ediblər

4-12-2018, 06:12           
Quterreş və Səudiyyə Ərəbistanı şahzadəsi jurnalist Xaşkacinin ölümünü müzakirə ediblər
BMT-nin baş katibi Antoniu Quterreş və Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman Argentinada G20 sammiti çərçivəsində görüşləri zamanı jurnalist Camal Xaşkacinin qətlə yetirilməsini müzakirə ediblər.

Trend-in məlumatına görə, bu barədə BMT-nin baş katibinin rəsmi nümayəndəsi Farhan Hak bildirib.

Onun sözlərinə görə, görüş zamanı A.Quterreş Məhəmməd bin Salmana jurnalistin qətlinin şəffaf araşdırılmasının zəruriliyini vurğulayıb.

Rəsmi nümayəndə əlavə edib ki, bundan əlavə, tərəflər danışıqlar zamanı narahatlıq doğuran regional məsələləri, o cümlədən Yəmən və humanitar fəlakət məsələlərini müzakirə ediblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.