Siciliya mafiyasının yeni başçısı həbs edildi – FOTO

5-12-2018, 06:39           
Siciliya mafiyasının yeni başçısı həbs edildi – FOTO
İtaliyada “Cosa Nostra” adlı Siciliya mafiyasının yeni başçısı Settimino Mineo və qrupun daha 45 üzvü həbs edilib.

Əməliyyatı dekabrın 4-də Siciliyanın mafiya ilə mübarizə idarəsi keçirib.

Onların hamısına qarşı qanunsuz silah saxlama, qəsbkarlıq və mafiya fəaliyyəti ilə bağlı ittiham irəli sürülüb.

İstintaqın məlumatına görə, 80 yaşlı Settimino bu qrupa ötən ilin noyabrından-qrupun əvvəlki rəhbəri Toto Riino-nun vəfatından sonra başçılıq edir. Mineo bundan əvvəl iki dəfə-5 və 11 il müddətinə həbsdə olub.

“Cosa Nostra” qrupu Siciliyada XIX əsrin əvvəllərində yarandılıb. Qrup ilk olaraq apelsin plantasiyaları və böyük torpaq sahiblərinin müdafiəsi ilə məşğul olub, amma XX-ci əsrdən banditliklə məşöğul olub.

Bu təşkilat ailə adlanan bir neçə qrupdan ibarətdir və onlara “Xaç atası” başçılıq edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru